LEON HOTEL & SPA – Rəsmi olaraq 4 Ulduz Sertifikatlı Otel

LEON HOTEL & SPA qürurla elan edir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və “Azərbaycan Turizm Bürosu” tərəfindən aparılan qiymətləndirmə nəticəsində otelimiz rəsmi olaraq 4 ulduz kateqoriyası ilə sertifikatlaşdırılıb.

Bu uğur, otelimizin xidmət keyfiyyətinə, qonaqpərvərliyinə və yüksək standartlara sadiqliyinə verilən ən böyük qiymətlərdən biridir. Qonaqlarımıza rahatlıq, müasir infrastruktur, SPA mərkəzi, restoran xidməti və peşəkar personal dəstəyi təqdim edən LEON HOTEL & SPA artıq rəsmi olaraq beynəlxalq standartlara cavab verən 4 ulduzlu statusa sahibdir.

Bu nailiyyətlə biz həm yerli, həm də xarici qonaqlarımıza daha yüksək səviyyəli istirahət və işgüzar səyahət imkanları təqdim etməkdə qətiyyətliyik.

LEON HOTEL & SPA – Rəsmi olaraq 4 Ulduz Sertifikatlı Otel